Pxenyan İsraildən bunun qarşılığında 1 milyard istədi

Pxenyan İsraildən bunun qarşılığında 1 milyard istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya 1999-cu ildə İrana və İsrailin digər rəqiblərinə raket texnologiyalarını satmamaq üçün Təl-Əvivdən kompensasiya istəyib.

Axar.az xəbər verir ki, bu barədə “Uol Strit Jornal” yazıb.

Nəşrin Şimali Koreyadan olan keçmiş diplomata istinadla verdiyi xəbərə görə, 1999-cu ildə İsveçdə Təl-Əvivlə Pxenyan rəsmiləri arasında gizli görüş keçirilib. İsrailin Şimali Koreyanın 1 milyard dollarlıq ödəmə təklifini rədd etdiyi, ancaq bu ölkəyə qida yardımı təklif etdiyi bildirilib.