backend

Putinlə qarşıdurma və QƏFİL SAVAŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ münaqişəsinin bir çox ağrılı səbəbi var.  

“Dağlıq Qarabağ münaqişəsinin bir çox ağrılı səbəbi var. 

Cənubi Qafqaz sakinləri ötən il hesab edirdilər ki, 2017-ci ildə bu münaqişə ətrafında gərginlik olmayacaq, bölgədə ümumilikdə hər şey yaxşı formada cərəyan edəcək. Lakin pozitiv danışmaq bir qədər çətindir”.

TİA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy Research İnstitute” analitik mərkəzinin Cənubi Qafqazla bağlı məqaləsində deyilir.

Məqalədə bildirilir ki, Cənubi Qafqaz regionunda problemlər çoxdur: “2014-2015-ci ildə enerji resurslarının qiyməti aşağı düşəndən sonra Azərbaycan iqtisadiyyatında çətinlik yarandı. Ermənistan ümumiyyətlə çətin vəziyyətdədir. Bu ölkənin iqtisadiyyatı daha çox Rusiyadan işçi miqrantların göndərdiyi pullardan asılı haldadır. Gürcüstanda da iqtisadi sabitlik zəifləyir. Bütün bunlarla yanaşı, regionda mürəkkəb siyasi vəziyyət hökm sürür. Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri həll olunmamış qalır. Bu münaqişələrdə həllə yaxınlıq da görünmür”.

Məqalədə bildirilir ki, Türkiyə-Rusiya yaxınlaşması ABŞ-Rusiya münasibətlərinin də həllinə yardım edə bilər.

“Belə olarsa, Cənubi Qafqazın mürəkkəb siyasi mənzərəsi də aydınlaşar. Lakin unudulmamalıdır ki, ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsi heç vaxt bitməyəcək. Xüsusilə 2017-ci ildə bu mübarizə daha da qızışa bilər. Belə vəziyyət isə regionda həll olunmamış münaqişələrin alovlanmasına səbəb ola bilər. Alovlanmaq ehtimalı olan əsas münaqişə Dağlıq Qarabağdır. Burada müharibə qəfil başlaya bilər və baş verə biləcək mümkün toqquşma ABŞ və Rusiyanı da üz-üzə qoya bilər”, – deyə analitik mərkəz qeyd edir.