“Hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında heç bir təmas planı yoxdur”.
Tribunainfo.az RİA Novosti-yə nəşrinə istinadən xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Paşinyan dekabrın sonunda Peterburqda keçiriləcək qeyri-rəsmi görüşə gəlsə, bu, iki lider arasında dialoq üçün əla fürsət olacaq.