Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı tərəflər Suriyadakı vəziyyəti, ABŞ-ın öz qoşunlarını oradan çıxarmaq planını müzakirə ediblər.
Həmçinin noyabrın 25-də Kerç boğazında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Liderlər bir-birilərini Yeni il münasibəti ilə təbrik ediblər və əlaqələri davam etdirmək razılığına gəliblər (“Report”).