Professor Qabil Hüseynli Ağ Ev rəhbəri Cozef Baydeni silahları daha sürətli şəkildə Kiyevə çatdırmağa çağırıb. Tribunainfo.az bildirir ki, Ukraynanın taleyi ABŞ silahlarından asılıdır.
Professorun sözlərinə görə, Qərb müdafiə edir, amma qələbə üçün yetərli deyil. Onun fikrincə, Ukrayna ordusu 6 ay yubanan yardımlar fonunda belə qəhrəman kimi döyüşüb. Politoloq hesab edir ki, Rusiyadan gələn sülh çağırışları kapitulyasiya və təslimçilik şərtlərinə oxşayır. Ona görə də politoloq Kiyevin bununla razılaşmasını gözləmir. Q. Hüseynli müharibənin uzanacağını və bu il də atəşkəs olmayacağını proqnozlaşdırır.
Zəhra