Putinin Zelenskinin yəhudi kökənli olmasıyla bağlı sözünə Ukraynadan reaksiyabackend

Putinin Zelenskinin yəhudi kökənli olmasıyla bağlı sözünə Ukraynadan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya diktatorunun prezident Vladimir Zelenski ilə bağlı açıqlaması onun reallıqla heç bir əlaqəsi olmayan öz dünyasında yaşadığını bir daha nümayiş etdirdi”.
Unian-a istinadla xəbər verir ki, bu sözləri prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Twitter mikrobloqunda (indiki X) bildirib.
“Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə haqq qazandırmaq üçün telefon və kompüterdən istifadə etməyən şəxs deyir ki, baxın görün “yəhudilər internetdə prezident Zelenski haqqında nə yazırlar”. Yenə də qəsdən başqa ölkəyə raketlərlə hücum etmək, kütləvi qətllər törətmək, zorlamaq, uşaqları qaçırmaq, şəhərləri, kəndləri dağıtmaq əmri verən şəxs öz daxili qeyri-adekvatlığına yeni bəraət qazandırır”, – Podolyak yazıb.
Podolyak Putini müasir rus nasistlərinə haqq qazandırmaq üçün Holokostun tarixi mövzusundan istifadə etmək cəhdində ittiham edib.
“Bu, Rusiya prezidentinin öz aləmində, reallıqdan qopmuş süni köpüyün içində yaşadığının daha bir təsdiqidir. Bu o deməkdir ki, o, tamamilə səriştəsizdir və onunla danışıqlar aparmaq mümkün deyil. Putin uzunmüddətli tərəfdaşlığa sərmayə qoymaq üçün rasional oyunçu deyil: bu, dünyanın bütün yerlərindəki oyunçulara aydın olmalıdır. Bəli, Yaxın Şərq də öz illüziyalarından qurtulmalı və nəhayət, faşizmin rus qablaşdırmasında yenidən canlandığını başa düşməlidir…” – PA rəhbərinin müşaviri əlavə edib.
Xatırladaq ki, Putin ötən gün deyib ki, “Qərb kuratorları Ukraynanın “anti-insani mahiyyətini” ört-basdır etmək üçün ölkənin başına etnik yəhudi qoyublar”.
O, jurnalisti internetdə “İsrailin sadə vətəndaşları”nın nə dediklərini oxumağa dəvət edib.
Ukrayna Xarici İşlər Nazirliyi bunu Rusiya elitasının köklü antisemitizminin növbəti təzahürü adlandırıb.