Putinin “Z” ordusu harada dayanacaq? – İki ilin nəticəsi…

Putinin “Z” ordusu harada dayanacaq? – İki ilin nəticəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xüsusi hərbi əməliyyat adını verdiyi işğalçı ordusunu tutduğu ərazilərdə möhkəmləndirir. Lakin “Z” ordusu irəliləyə bilmir. Zelenskinin müşaviri Podolski də bunu qeyd edib. Müharibənin 2 ili tamamlanır. Rusiya 4 regionu özünə birləşdirib, amma həmin ərazilərdə döyüşlər davam edir. Tribunainfo.az yazır ki, Putinin ordusu daha artığını edə bilmədi. Hazırda rus qoşunları separatizm olan bölgələrdə mövcuddur. Müharibə isə artilleriyadan ibadətdir, aviasiya və dənizdə əsasən gedir. Qərb rus qoşunlarını iki ildə bir küncə sıxışdıra bildi. Rusiya yeni ərazilər işğal etmək qüdrətinə malik deyil. Ekspertlərə görə, bundan sonra Kreml dayanmaq və işğal etdiyi torpaqlarda qalmağı hədələyib. Bundan artıq potensialı olmadığını anlayan Putin, indi atəşkəs yolları axtarır. Beləliklə, rus ordusu haqda mif dağıldı. Amma koalisiya qoymur ki, müharibə dayansın. Bu, Rusiyanın yarımçıq qələbəsi demək olar. O baxımdan strateji müharibə 2025-dək davam etdiriləcək. Ondan sonra isə Rusiyanın iqtisadi və hərbi imkanlarını nəzərdən keçirəcəklər. İki il əvvəlki Rusiya deyilsə, bundan iki il sonrakı Rusiyanı təsəvvür etmək olar. Qərb texnoloqları da bunu hesablayır. Rusiya isə ərazi işğalını özünün nəticəsi kimi təqdim etməyə çalışır.