ABŞ Dövlət Departamenti bildirib ki, əgər hər hansı bir ölkə Rusiyanın bəzi bədxah davranışlarının qarşısını almaqda mənalı rol oynaya bilsə, əlbəttə ki, bunu alqışlayacaqlar.
Tribunainfo.az HaberTürk-ə istinadən xəbər verir ki, ABŞ-ın ABŞ Dövlət Departamenti bildirib ki, əgər hər hansı bir ölkə Rusiyanın bəzi bədxah davranışlarının qarşısını almaqda mənalı rol oynaya bilsə, əlbəttə ki, bunu alqışlayacaqlar.
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı suala Patel, “Əgər hər hansı bir ölkə Rusiyanın bəzi pis rəftarlarının qarşısını almaqda mənalı bir rol oynaya bilərsə, biz bunu əlbəttə alqışlayarıq” deyib.
Türkiyənin xarici siyasəti ilə bağlı öhdəlikləri şərh etmək istəməyən Patel, “Qara Dəniz Taxıl Təşəbbüsünün müvəffəqiyyətinə Türkiyənin təsiri” mövzusuna toxundu.
“Biz Ukrayna taxılının getməli olduğu yerə çatmasının və bu sahədə etibarlı irəliləyişin əldə olunmasının kritik əhəmiyyətini hiss etməyə davam edirik. Bu, əlbəttə ki, alqışlanır”, – Patel bildirib.
Dəniz Pənahova