Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski Kursk istiqamətini ziyarət edib. “Kursk istiqamətində işləyərkən cəsur əsgərlərimizi mükafatlandırdım”, – o yazıb.
Tribunainfo.az qeyd edir ki, bu ziyarət Rusiyanın müstəqillik tarixində görünməmiş hadisədir. Ölkənin siyasi və hərbi rəhbərliyi üçün imic baxımdan ölüm faktı sayılmalı olan ukraynalı generalın Kursk ziyarətinə Kreml susur. Faktiki olaraq, Rusiya ərazisindən bir parça Ukrayna ordusunun əlindədir.
Avqustdan bəri rus qoşunları onları çıxara bilmir. Hətta köməyə Şimali koreyalıları çağırıblar. Amma onlardan da əsir düşənlər var ki, bu da ikiqat rüsvayçılıqdır. Putin Rusiyası reanimasiya vəziyyətinə salınıb – Suriyadan çıxarılıb, Ermənistan sərhədlərini tərk edir, Qarabağdan çıxdı, öz ərazisində isə ukraynalı hərbçilər “at oynadır”, bu azmış kimi, general Rusiyaya gələrək onları təltif edir. Putinin torpağında ukraynalı generalın rahatca gəlib hərbçilərlə görüşməsi ilin sürpriz başlanğıcıdır…
Roman