“Rusiya prezidenti Vladimir Putin Donald Trampla potensial görüş üçün Polşa üzərindən uçarsa, onun təyyarəsi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Putini həbs etmək üçün məcburi enişə məcbur etdirilə bilər”.
Tribunainfo.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
O qeyd edib ki, hər şey Polşa məhkəməsinin qərarından asılıdır. “Biz təminat verə bilmərik ki, müstəqil Polşa məhkəməsi şübhəli şəxsi Haaqa məhkəməsinə təhvil vermək üçün hökumətə belə bir hipotetik təyyarənin endirilməsini əmr etməyəcək”.
Fərda Uğur