“Putinin qələbəsi bizim faciəmiz olacaq” – Stoltenberq

“Putinin qələbəsi bizim faciəmiz olacaq” – Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın mümkün qələbəsini faciə adlandırıb.

Tribunainfo.az xəbər verir ki, o, bu barədə Berlində Almaniyanın müdafiə naziri Boris Pistoriusla birgə keçirdiyi brifinqdə bildirib.

“Prezident Putin qalib gəlsə, bu, tək ukraynalılar üçün deyil, həm də bizim üçün faciə olacaq”, – Stoltenberq deyib.
O, Ukraynaya dəstəyin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.