PUTİNİN MƏYUSLUĞU: PAŞİNYAN, SƏN NİYƏ QARABAĞI AZƏRBAYCAN ƏRAZİSİ KİMİ TANIDIN, AXI?!

PUTİNİN MƏYUSLUĞU: PAŞİNYAN, SƏN NİYƏ QARABAĞI AZƏRBAYCAN ƏRAZİSİ KİMİ TANIDIN, AXI?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin Qarabağ açıqlamalarını belə oxumaq olar: Paşinyan, niyə Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyırsan? Yəni sənə kim ixtiyar verib ki, rus imperiyasının 200 illik bir planını alt-üst etmək fikrinə düşmüsən? Rusiya liderini ən uzaq Vladivostokdan verdiyi bəyanatlarda medalın əsl üzü məhz yuxarıda qeyd etdiyimiz həqiqətlərdir. Tribunainfo.az-ın analitik şöbəsi yazır ki, Kreml başçısının açıqlamaları erməni xalqını ayağa qaldırmağa hesablanmış çıxış idi. Rusiya lideri erməni cəmiyyətinə mesaj verdi ki, Paşinyan milli maraqlara xəyanət edib, Qarabağdan əl çəkib və bunun günahı Rusiyada yox, sizin hakimiyyətdədir. Putin təhrikedici açıqlaması ilə hakimiyyəti devirməyə bir növ çağırış etmiş oldu. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi. Xüsusən də Dağlıq Qarabağ, Kəlbəcər və Laçının Ermənistanın yurisdiksiyasına keçməsini təklif etdiklərini deməsi böyük həqarət idi. Azərbaycanın nə keçmiş, nə indiki rəhbərliyi buna razılıq vermiş olardı. Amma Putin hikkəsini və məyusluğunu gizlədə bilmir. Paşinyana qəzəblidir ki, bizdən icazəsiz necə Qarabağı Azərbaycan ərazisi kimi tanıya bilərsən. Analitik Elxan Şahinoğlu deyir ki, budurmu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə olan hörməti? Azərbaycan Kəlbəcər və Laçından niyə imtina etməliydi? Putin çıxışında Şuşanın adını ona görə çəkməyib ki, şəhərimizi ermənilərə “peşkəş” edib: “Beləliklə, Putin indiki vəziyyəti Ermənistan hakimiyyətinin yanlış siyasəti ilə əlaqələndirib. Kreml sahibinin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” cümləsi də bundan xəbər verir. Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistan və separatçılarla yanaşı Kremlin də planlarını pozub. Vladimir Putin çıxışlarında bircə Rusiya sülhməramlı kontingentin Azərbaycan ərazisində fəaliyyət müddətinə toxunmaq istəmir”.