Putinin gizli villası – 3.2 milyard dollar havaya sovruldubackend

Putinin gizli villası – 3.2 milyard dollar havaya sovruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinin Finlandiyada inşa edilən villası ortaya çıxıb.
 

Tribunainfo.az xəbər verir ki, 3.2 milyard dollar ( 5 milyon 440 min manat) xərc çəkilən villa hazırda tərk edilib.

Villa Putinin yaxın dostu tərəfindən Finlandiyanın Saimaa gölünün sahilində balıqçılar qəsəbəsində inşa edilib.
Villa 3 mərtəbəli, şərab anbarı, bilyard otağı, hovuz, sauna və 8 ayrı vanna otağından ibarətdir.
Lakin Putinin balıq tutmaqla maraqlanmadığı anlaşılandan sonra villanın tikintisi dayandırılıb
Xəbərə görə, maaşları mütəmadi olaraq verilməyən finlandiyalı işçilər də villadakı işləri yarımçıq qoyub.
Bəziləri isə Putin üçün tikilən evin tikintisində işləmək istəməyib.
Villanı tikən şəxsin Putinin Leninqrad Dövlət Universitetindən olan yaxın dostu, Rusiya liderinin qohumu ilə evli Viktor Kemarin olduğu iddia edilib.
Qeyd olunub ki, Rusiyanın ən böyük hidroelektrik şirkətinin rəhbəri olan Kemarin villanı Rusiya lideri ilə daha çox vaxt keçirmək üçün tikdirib, tikinti və təhlükəsizlik üçün minlərlə dollar xərcləyib.
Beləliklə, Putininistəmədiyi villa üçün xərclənən 3.2 milyard dollar havaya sovrulub.