Odessada ukraynalı silah baronu Boris Koqan qəflətən vəfat edib.
Odessada ukraynalı silah baronu Boris Koqan qəflətən vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Doğmaları Koqanı sonuncu dəfə oktyabrın 3-də görüb. Onun ölüm səbəbinin ürəyindəki problem olduğu vurğulanır.
Qeyd edək ki, Koqan “RT Logistika” şirkətinin rəhbəri olub. Bu şirkətin 51%-i Rusiyaya məxsusdur. O, həmçinin “Rostex” konsorsiumunun tərkibinə də daxil olub.
Koqan Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı əsas adamlarından biri sayılırdı.