Məlumdur ki, Rusiya lideri Putin Çinə gedir və orada Si ilə görüşəcək. Tribunainfo.az xəbər verir ki, dünyanın siyasi taleyini müəyyən edəcək önəmli görüşlərdən biri olacaq. Analitiklərin fikrincə, qütbləşmənin tektonik hərəkətliliyi hansısa bir siyasi qəlibə oturmayana qədər zəlzələlər davam edəcək. Növbəti soyuq müharibəyə qədər isti müharibələrdə yanğınlar hansı müddətə davam edəcək bilinmir.
Hazırda Şərq bloku Ukrayna və Qəzza hadisələrində bir yumruq kimi görünür: Rusiya, Çin və İran Suriya böhranından sonra Ukrayna və Fələstin münaqişələrində birgə hərəkət edirlər. Bu üçlük Suriyada Əsədi yıxılmağa qoymadı, növbədə Fələstini müdafiə etmək, İrana hücum riskini azaltmaq və Qərbə Yaxın Şərqdə cavab verməkdir. Eyni zamanda Ukrayna cəbhəsi geopolitik qarşıdurmanın qaynar ocaqlarından biri kimi qalır. Ona görə də ikiqütblü dünya üçün mübarizə şiddətlənir və Putinin Çin səfəri o baxımdan vacibdir.