backend

Putinin buna nə pulu var, nə imkanı – Rabinoviç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin Donbasdakı situasiyanı gərginləşdirməsi üçün nə pulu, nə də imkanı var. 

Putinin Donbasdakı situasiyanı gərginləşdirməsi üçün nə pulu, nə də imkanı var.

TİA.AZ xəbər verir ki, bu sözləri Ukrayna mətbuatına açıqlamasında rusiyalı ekspert Slava Rabinoviç söyləyib.

“Tətbiq edilən sankiyalar Rusiyanı yerində saymağa məcbur edir. Rus tanklarını nəzəri olaraq nəinki Kiyevə, hətta yenidən Budapeştə də salmaq olar. Praktik olaraq isə bu təkcə Rusiya hakimiyyətinin yox, Rusiyanın özünün də sonu olacaq. Bunun sayəsində Rusiya enerjidaşıyıcılarına tam embarqo qoyulacaq, Moskva SWIFT sistemindən uzaqlaşdırılacaq. Rusiyada bunları gözəl anlayırlar. Kremlin pulu olsaydı belə, o, Donbasda vəziyyəti hazırda gərginləşdirmək istəməzdi”, – deyə o bildirib.