Putinin bəbiri öldü

Putinin bəbiri öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin qorunması üçün təlimat verdiyi bəbir ölüb.

TİA.AZ-ın məlumatına görə, 2016-cı ildə Viktoriya, Killi, Akxun adlı 3 bəbir Qafqaz dağlarına buraxılmışdı. Təbiətə buraxılmazdan qabaq Putin bəbirlərlə media qarşısına çıxmış, nəsli kəsilməkdə olan bu heyvanların qorunması üçün təlimat vermişdi. Keçən il isə bu bəbirlərdən biri – Viktoriya qaçaraq Abxaziyaya keçmişdi. Təkrar Soçiyə gətirilərək 3 həftə əvvəl təbiətə buraxılan bəbirin ölüsü tapılıb.

Məlumata görə, GPS ilə izlənən bəbirlərdən birinin hərəkət etmədiyi müəyyən edilib. Viktoriyanın ölümü “təbiətə böyük itki” adlandırılıb və ölüm səbəbinin araşdırılacağı bildirilib.