Putinin Baş nazir Abenin dəfnində iştirakına icazə verilməyəcəkbackend

Putinin Baş nazir Abenin dəfnində iştirakına icazə verilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq.
Rəsmi Tokiodan verilən açıqlamaya görə, buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır.
Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək.
Qeyd edək ki, Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib.
Xatırladaq ki, Abe Tokionun mərkəzindəki buddist Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülüb.