“Mixail Qusmanı (Rusiyanın TASS dövlət xəbər agentliyinin baş direktorunun müavini idi) vəzifəsindən çıxarması Moskvanın Bakıya qəzəbinin açıq ifadəsidir” .
Tribunainfo.az yazır ki, media üzrə hüquqşünas Rəşid Hacılı belə qiymətləndirir. Onun fikrincə, Mixail Qusmanı Şuşa Qlobal Media Forumundan geri qayıdan kimi işdən çıxarıb Kreml.
“Bu il Xankəndidə keçirilmiş bu tədbir Şuşa Forumu adlanır. Şuşa işğaldan azad ediləndən sonra 3-cü ildir keçirilir. Bu forum faktiki olaraq Azərbaycan rəhbərliyinin dünyanın fərqli ölkələrinin jurnalistləri ilə geniş görüş törənidir.
Şuşada, (indi yeni azad edilib abadlaşdırılmış Xankəndidə ) keçirilməsi xüsusi önəm daşıyır. Bunu 44 günlük savaşdan sonrakı Qarabağın tam azadlığı və yeni geopolitik məqsədlər uğrunda diplomatik mübarizənin bir parçası da saymaq olar.
Azərbaycanın bölgə və qlobal siyasəti ilə bağlı çox vacib mesağlar da burada verilir hər il.
Builki forumun top mövzuları Rusiya ilə gərilmiş münasibətlər və bu fonda Kremli özündən çıxaran Ukrayna jurnalistlərinin iştirakı və suallar verməsi oldu.
Putin necə qəzəblənibsə forumda iştirak etmiş Mixail Qusmanı geri qayıdan kimi işdən çıxarıb. Adi siyasi-diplomatik etika xatirinə bir müddət gözləyə, bu qərarın onun Şuşa media forumunda iştirakı ilə bağlı olmadığını pərdələyə bilərdi. Amma buna gücü çatmayıb, ya da qarın ağrısı üzünə çıxıb.
(İşdənçıxma əmrini baş nazir Mişustin verib.)
Mikail Solomon oğlu Qusman bakılıdır.
Moskvada yaşayıb işlədiyi dövrlərdə həmişə bakılı kimi qalıb. Son 26 il (1999-cu ildən) TASS-ın Baş direktorunun birinci müavini idi.
Gücü çatdığı qədər həmişə Azərbaycanın yanında olub. İlham Əliyevlə yaxın şəxsi yaxınlıqları olduğu da şübhə doğurmur.
Mixail Qusmanın qardaşı Yuli Qusmandır. Onu KVN’çi və “Qorxma, mən səninləyəm” filminin yaradıcısı kimi tanıyırsınız. Uzun illər Bakı komandasının rəhbəri olub. Bakı Musiqili komediya teatrının, Mozalan satirik kinojurnalının direktoru olub. Sonra Moskvada yaşayıb, həm film yaradıcılığı sahəsində, həm də siyasi sahədə uğurlar qazanıb.
Azərbaycandan Mikayıl Qusmana çoxlu təşəkkür düşür. Çox yaxşı örnəkdir. Moskvada işini, rahatlığını itirmək riskinə baxmayaraq Azərbaycanlılığını, bakılılığını qoruyub saxlamaq.
Fərda Uğur