İranın Suriyada hərbi bazası olması ilə Rusiyanın dilə gətirdiyi arqumentlər bizi qane etmir.
İranın Suriyada hərbi bazası olması ilə Rusiyanın dilə gətirdiyi arqumentlər bizi qane etmir.
TİA.AZ xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
“Mən Putinə dedim ki, Suriyada İran bazası yaxşı ideya deyil. Dedim ki, İranın Aralıq dənizində hərbi dəniz bazasının olması heç kimin, hətta Rusiyanın da maraqlarına cavab vermir. Onların cavabı məni qane etmədi. Təsəvvür edin ki, İranın Aralıq dənizində gəmiləri var. ABŞ orada 6-cı donanması yerləşir və bu da onun üçün təhdid ola bilər. Biz əvvəldən İranla nüvə razılaşmasının imzalanmasının əleyhdarı idik, lakin bu müqavilə imzalandı. İndi İran iqtisadiyyatı yaxşılaşır. Onların əllərinə milyonlarla dollar pul keçib. İran artıq yeni silahlar ala bilər”.