“PUTİNƏ 23 İLDƏ ƏN AĞIR ŞİLLƏNİ PRİQOJİN VURMUŞDU” – EKSPERTLƏRDƏN ŞƏRH

“PUTİNƏ 23 İLDƏ ƏN AĞIR ŞİLLƏNİ PRİQOJİN VURMUŞDU” – EKSPERTLƏRDƏN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin ona qarşı çıxanları heç zaman bağışlamır. Putin Priqojini illər öncə Londonda ağır maddələrlə zəhərlədiyi digər keçmiş düşməni Litvinenkonun yanına göndərdi.

Tribunainfo.az yazır ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Vladimir Putinin hakimiyyətdə olduğu 23 ildə ona ən ağır şilləni keçmiş dostu Priqojin vurdu:

“Qiyam qaldırdı, iki şəhəri müqavimətsiz ələ keçirdi, ordu dondu qaldı, onu gül çiçəklə qarşılayıb gül çiçəklə yola saldılar. Rusiya prezidenti görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb, Priqojin müxtəlif yerlərdə peyda olurdu, ancaq məlum idi ki, Putin onu bağışlamayacaq”.

Siyasi şərhçi Məhəmməd Əsədullzadə isə bildirib ki, Priqojin Putinin imicinə sarsıdıcı zərbə vurmuşdu:

“Bəs deyirdilər, Priqojinin qiyamı Putinin planı idi. Əvvəldən deyirdik ki, Y.Priqojini Putin aradan götürəcək. Putin Priqojini bağışlaya bilməzdi. Priqojin qiyam etməklə, Putininonun həm beynəlxalq müstəvidə, həm də daxildə imicinə sarsıdıcı zərbə vurmuşdu”.