Qərb ölkələri Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücuma icazə verməyə hazırlaşarkən, Putin müharibənin gedişatının dəyişəcəyi ilə hədələyib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynanı işğal etdiyi müharibənin 32-ci ayına girərkən Qərb Bloku çox kritik qərar mərhələsindədir.
İranın Ukraynada istifadə üçün Rusiyaya raketlər verdiyini dünyaya elan edən ABŞ və onun Qərb müttəfiqləri Kiyev administrasiyasının aylardır tələb etdiyi icazəni tezliklə verə bilər.
Ukrayna Rusiya ərazisinə hücumlarda Qərb ölkələrinin təqdim etdiyi uzaqmənzilli raketlərdən istifadə etmək istəyir.
ABŞ-ın başçılıq etdiyi Qərb bloku Kiyevin bu istiqamətdəki müraciətinə müsbət cavab verəcək. ABŞ dövlət katibi Entoni Blinken bu yaxınlarda Ukrayna lideri Vladimir Zelenskinin xahişinin tezliklə həll ediləcəyinə söz verib.
Bu bəyanatdan sonra çıxış edən Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki , Ukrayna öz ölkəsinin ərazisinə uzaqmənzilli silahlarla hücum edərsə, NATO ilə müharibəyə gedəcəklər.
Kiyev ona verilən uzaqmənzilli silahlardan Rusiya ərazisindəki hərbi hədəflərə qarşı istifadə etmək istəyir. Mövcud protokollara görə, bu silahların Ukrayna ərazisi daxilində Rusiya hədəflərində istifadəsinə icazə verilir.