Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Konfederasiya Kuboku və Dünya Çempionatı zamanı təhlükəsizliyin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Konfederasiya Kuboku və Dünya Çempionatı zamanı təhlükəsizliyin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncama əsasən Moskva, Sankt-Peterburq, Tatarıstan, Krasnodar, Volqoqrad, Sverdlovsk, Kalininqrad, Nijeqorod, Rostov, Samara və Mordoviya ərazilərində kütləvi tədbirlərlə bağlı xüsusi nizam tətbiq olunacaq. Bu ərazilərdə idmanla bağlı olmayan istənilən mitinq və aksiya qadağan ediləcək. Aksiyalara yalnız Rusiya Federal Təhlükəsizlik Xidmətinin razılığı ilə müəyyən edilmiş ərazilərdə izn veriləcək.
Qeyd edək ki, Konfederasiya Kuboku 2017, Dünya Çempionatı isə 2018-ci ildə keçiriləcək.