Ermənistan prezidenti Serj Sarkisyanın Avropada Avropa Komissiyasının başçısı Donald Tusk və NATO-nun baş katibi yens Stoltenberqlə görüşü Rusiyada qəzəblə qarşılanıb.
Ermənistan prezidenti Serj Sarkisyanın Avropada Avropa Komissiyasının başçısı Donald Tusk və NATO-nun baş katibi yens Stoltenberqlə görüşü Rusiyada qəzəblə qarşılanıb.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, rusiyalı ekspertlər bunu Sarkisyanın Moskvaya şantajı kimi şərh ediblər.
Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev Sarkisyanın fitnəkar siyasi oyun oynadığını deyib: “Ermənistan güman ki, Rusiyadan Dağlıq Qarabağ məsələsində daha dəqiq erməniyönümlü mövqe istəyir. Hansı ki, Moskva bunu edərsə, münaqişə zonasında böyük gərginlik yaranacaq”.
Ekspert hesab edir ki, Sarkisyanın Avropa səfərləri həm də seçki kampaniyasına hesablanıb.
“Qarabağda “aprel döyüşləri”, həmçinin, girovların alınması kimi hallar Ermənistan cəmiyyətində Sarkisyana qarşı narazılıq yaradıb. Bu gün erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsi kifayət qədərdir”, – deyə o bildirib.
Prezident Putinin nümayəndəsi hesab olunan Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Moskva İrəvanın bu gedişinə üzdə reaksiya verməyəcək.
Lakin o, Sarkisyanın Avropa səfərinin başqa məqsədə də xidmət etdiyini diqqətə çatdırıb.
“Sarkisyan Brüsselə Dağlıq Qarabağ münaqişəsində Avropanın mövqeyini neytrallaşdırmağa getmişdi. Çünki təkcə Rusiya yox, Avropa da Qarabağ prosesinin donunun açılmasını İrəvandan tələb edirlər. Hər kəs yaxşı bilir ki, münaqişəni Ermənistan dondurur. Nə vaxt ki, “Kazan düsturu” üzrə razılaşma imkanı yarandı, İrəvan geri çəkildi. Ehtimal ki, Sarkisyan Brüsseldə Avropanın Qarabağla bağlı təzyiqini azaltmağa çalışıb. Lakin Avropa İttifaqı həll olunmamış bu münaqişəni hələ də region üçün təhlükə olaraq görür”, – deyə o bildirib.