PUTİNDƏN PAŞİNYANA REPLİKA: “DRAMATİK HADİSƏLƏRƏ BAXMAYARAQ…”

PUTİNDƏN PAŞİNYANA REPLİKA: “DRAMATİK HADİSƏLƏRƏ BAXMAYARAQ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Ermənistan 2024-cü ildə MDB-nin idman paytaxtı olacaq Gümrüdə idman tədbirləri keçirə biləcək. Tribunainfo.az xəbər verir ki, Rusiya lideri bunu Bişkekdə deyib.
“Gələn il (bu hadisələr) planlaşdırıldığı kimi, Ermənistanın Gümrü şəhərində olacaq. Ümid edirəm ki, hazırda regionda baş verən bütün dramatik hadisələrə baxmayaraq, Ermənistan bu tədbirləri keçirə biləcək”, – Putin Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan tədbirdə iştirak etmir.