Putin Zelenskini təhqir etdi: “Xoşun gəlməsə də, döz, gözəlim” – CNN

Putin Zelenskini təhqir etdi: “Xoşun gəlməsə də, döz, gözəlim” – CNN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin Ukraynaya istehzalı münasibətini nümayiş etdirib və diplomatik dildən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu sözləri CNN telekanalının Moskva ofisinin rəhbəri Natan Hoc bildirib.
O, Putinin Ukrayna və Minsk razılaşmaları ilə bağlı sensasion ifadəsini belə şərh edib.
Xatırladaq ki, Putin Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra Ukrayna prezidenti Vladimir Zelenskinin “bu razılaşmaların bircə bəndini də bəyənmədiyini” bildirib.
“Nə deyim, xoşuna gəldi, gəlmədi, yenə də döz, gözəlim mənim. Biz bunu etməliyik, başqa cür alınmayacaq”, – Putin bildirib.
Kremlin sözçüsü Dmitri Peskov bu ifadədə hər hansı nalayiq məzmunun olduğunu təkzib edib. Lakin Hoc hesab edir ki, bu ifadə Rusiya prezidentinin real ölkə hesab etmədiyi Ukraynaya Putinin istehzalı münasibətini ortaya qoyub. O, həmçinin Putini qadınlara nifrətdə ittiham edib. Jurnalist xatırladıb ki, beş il əvvəl Rusiyada məişət zorakılığı dekriminallaşdırılıb.
Hoc qeyd edib ki, Putinin “krutoy oğlan” leksikonunu bəzən bir növ onun sadəliyi ilə izah edirlər. Jurnalist hesab edir ki, prezidentin seçdiyi “dözmək” feli qadınların roluna iyrənc və gizli münasibətdən xəbər verir.
Zelenski “gözəlim” ifadəsinə cavab olaraq “Ukrayna həqiqətən gözəldir” deyib, amma “mənim” sözü artıq ağını çıxarmaqdır. O, həmçinin əlavə edib ki, “Ukrayna çox səbirlidir, çünki bu, müdriklikdir”.