Putin Zelenskini “edam” edə bilər – Analitik

Putin Zelenskini “edam” edə bilər – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya üç ay ərzində hərbi yardım edilməsə V. Putin Zelenskini “Maydanda” edam edə bilər”. Tribunainfo.az yazır ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Qərbin Rusiyaya Ukraynada qətiyyətli cavab verməməsinin əsas səbəblərindən biri Fransa, Almaniya, Böyük Britaniya, ABŞ liderlərinin qətiyyətsizliyindən irəli gəlir: “Tək Putin başda ABŞ lideri olmaqla, Qərb dövlətlərinin liderlərine psixoloji və siyasi cəhətdən əzir.

 


V. Putin Qərbə qarşı prinsipial və qətiyyətli şəkildə müharibə aparır. Təbii ki, V. Putinin Ukraynaya qarşı müharibəsi yeni ittifaq dövləti yaratmaq planın tərkib hissəsidir. Şərqi Avropanı götürməklə, Qərbi Avropanı da özündən asılı salmağı planlaşdırır. Qərbdə siyasi dəyərlər aşınır və Qərb ölkələri Rusiyanın qarşısını almasa Rusiya bayrağı təkcə Kiyevdə deyil, Polşanın paytaxtı Varşavada dalğalana bilər.
Hazırda ABŞ Ukraynaya hərbi yardımları dayandırıb. Avropa liderləri fikir ayrılıqlarını davam etdirir. Bütün bunlar V. Putinin Ukraynada qələbəsini yaxınlaşdırır və yeni dövlətləri işğal etmək planını hazırlayır. ABŞ Ukraynaya deyil, diqqətini Yəmənə və İsraili Hizbullahın hücumundan qoruyur. Çünki Hizbullah İsraili 24 saata məğlub edə biləcək hərbi gücə malikdir. Vaşinqton Ukraynanı Rusiya rasizimi ilə üzbəüz buraxıb. Ukrayna hərgün böyük itkilər verir. Üç aya Ukraynaya hərbi yardım edilməsə, V. Putin Kiyevdə parad keçirib, V. Zelenskini “Maydanda” edam edəcək”