Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü istisna deyil.
Tribunainfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda belə bir görüş üçün hazırlıq işləri başa çatmayıb. Prezident özü də dəfələrlə qeyd edib ki, belə bir görüş yalnız ekspert səviyyəsində zəruri işlər görüldükdən və lazımi məsafə qət olunduqdan sonra mümkün ola bilər”, – deyə Peskov vurğulayıb.
Kreml daha əvvəl də bəyan etmişdi ki, danışıqlar üçün gündəlikdə olan məsələlərin aydınlaşdırılması və diplomatik zəminin hazırlanması vacibdir.