PUTİN ZELENSKİ İLƏ GÖRÜŞƏ GEDƏCƏKMİ? – EKSPERT AÇIQLADIbackend

PUTİN ZELENSKİ İLƏ GÖRÜŞƏ GEDƏCƏKMİ? – EKSPERT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın günlərdə müəyyən bir atəşkəs əldə oluna bilər. Bu, Türkiyənin danışıqlarda vasitəçilik etməsi nəticəsində baş tutacaq”. Bu fikirləri TİA. Az-a İstanbulda olan siyasi şərhçi Ramiyə Məmmədova Ukrayna müharibəsi haqda söyləyib. Onun sözlərinə görə, İstanbul razılaşmasından sonra rus ordusu şimal və qərb istiqamətindən geri çəkilməyə razı olsa da, sonradan tərəflər bir daha danışıqlar masasına oturmadı. Ekspertin fikrincə, Ankara yenidən aktivləşib və təşəbbüskarlığı davam etdirir: “Rusiya Donbası tamamilə işğal etməyə fokuslanıb. Amma bunun üçün indiyə qədər itirdiyi resursların ikiqatını xərcləməli olacaq. Həm canlı qüvvə itkisi, həm silah, texnika məhv edilir. Hazırda bəzi yaşayış məntəqələri, istisna qəsəbələr rus ordusunun nəzarətindədir. Yəni Luqansk və Donetski tam tutmaq üçün Rusiya uzun müddət müharibə aparmalı olacaq. Paralel isə Qərb Ukraynaya yardımları dayandırmır, müharibənin uzanmasına dəstəyi davam etdirir. O halda Putin böhrandan necə çıxacaq? Bunu Kreml sahibi bildiyi üçün Türkiyə vasitəsi ilə danışıqlar yaxın zamanda böyük olmasa da, bəzi nəticələrə gətirib çıxara bilər”.

Təhlilçi deyir ki, Rusiya hərbi nəticə qazansa belə, strateji olaraq uduzub: “Dünya Ukraynanın yanındadır. Lavrov etiraf edir ki, müharibədən sonra da Rusiyaya sanksiyalar davam edəcək. Deməli, Putin dönüşü olmayan yola girib və buradan heç olmasa ərazi tutmaqla çıxa bilməlidir ki, tam məğlub görünməsin. Ancaq Qərb məğlub və zəif Rusiya görmək istəyir. Düşünürəm ki, Türkiyə atəşkəsə uzunmüddətli nail ola bilməyəcək, ancaq bəzi qərarlar qəbul oluna bilər. Onlardan biri Kiyevin neytral status öhdəliyi götürməsidir. Bəli, Ərdoğan liderləri görüşə çağırıb, Zelenskinin ofisi müsbət rəy verib, deyib ki, Putin razı olsa, görüşə hazırdırlar. Ancaq inanmıram ki, Putin Zelenski ilə bir masada oturmaq istəsin. Məncə, indiki halda Ərdoğanla Putin danışıqları mümkündür”.

TİA. Az