“Kurska yeni hücum göstərir ki, 2025-ci il Rusiyadan daha çox Ukrayna üçün daha uğurlu olacaq. Vladimir Putinin bu il hakimiyyət itkisi ola bilər”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon çıxış edib.
Onun sözlərinə görə, Putinin avqustdan bəri Kursku qısa zamanda geri alacaqlarını deməsi, lakin bunun baş verməməsi Rusiya siyasi elitasında narazılıqla qarşılanıb. “Bu, Putin diktaturasına növbəti psixoloji zərbə kimi görünür. Kursk 2025-ci ildə Putinin sonu ola bilər. Necə ki, 1943-cü ildə Hitler üçün də analoji vəziyyət var idi”.
Bretton-Qordon vurğulayıb ki, Vladimir Zelenski gələn yanvarda hələ də hakimiyyətdə olacaq. “Putin isə Şimali Koreyada “villada” və ya Uraldakı həbsxanada ola bilər”.