Ukrayna qoşunları Rusiya ərazilərində məhdud irəliləyişlər əldə edib. Ukrayna Kurska müdaxilənin ilk günlərində Rusiya qoşunlarının Ukraynadakı əməliyyatlarına mənfi təsirlər yarada bilmişdi. Ancaq sonrakı günlərdə Ukraynanın Kurskdakı əməliyyatları Rusiyanın Ukraynaya hücum kampaniyasına əhəmiyyətli təzyiq yarada bilmədi. Tribunainfo.az-ın yaydığı xəbərə görə, bunu siyasi icmalçı Aqşin Kərimov açıqlayıb.
Onun sözlərinə görə, ən son təsdiqlənmiş məlumatlara əsasən, Rusiya qoşunları Ukraynada Pakrovsk, Vuhledar, Kupyansk və Svatove yaxınlığında irəliləyib: “Əslində Kursk səhnəsi Rusiya və Ukraynanı daha geniş cəbhə boyunca əməliyyatlara məcbur edir ki, bunun öhdəsindən gəlmək hər iki tərəf üçün çətindir…”
Roman