PUTİN VƏ TRAMP RAZILIĞA GƏLDİMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin demişdi ki, Trampla görüşdə kibertəhlükəsizlik məsələsi ilə bağlı ortaq işçi qrup yaratmaq barədə razılığa gəliblər”. 

“Putin demişdi ki, Trampla görüşdə kibertəhlükəsizlik məsələsi ilə bağlı ortaq işçi qrup yaratmaq barədə razılığa gəliblər”.

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, senatorların sərt etirazlarından sonra bu gün Tramp “tvit” yazıb ki, bu məsələ sadəcə, müzakirə edilib və belə bir qrupun yaradılması mümkün deyil:

“Görüşdən sonra məlumat yayılmışdı ki, Tramp Putinin ABŞ seçkilərinə müdaxilə etmədikləri barədə sözlərinə qane olub. Lakin Ağ Evdən dərhal açıqlama gəldi ki, Tramp Putinin sözlərinə inanmayıb.

Tramp onu da bildirib ki, Ukrayna problemi həllini tapmadan Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq. Dünən ABŞ dövlət katibi Tillerson Kiyevdə idi və Ukraynanın ərazi bütövlüyünün bərpasının ABŞ-ın prioriteti olduğunu bəyan etdi. ABŞ-ın təyin etdiyi xüsusi nümayəndə Kurt Volker isə bir neçə gün Kiyevdə qalıb, öz addımlarını Ukrayna ilə razılaşdıracaq. Bu gün NATO-nin qərarverici orqanı – Şimali Atlantika Şurası üzvlərinin baş katib Stoltenberqin rəhbərliyi altında Ukraynaya səfəri başlayıb. Bu gün eyni zamanda, Qara dənizdə Ukrayna-ABŞ birgə hərbi təlimlərinə start verilir. ABŞ-ın raket kreyserləri, hərbi təyyarələri və 800 əsgəri hazırda Ukraynadır. Təlimlərə digər NATO üzvləri, o cümlədən Türkiyə də qatılıb”.

Politoloq deyir ki, Ukrayna mövzusunu ona görə diqqətdə saxlayır ki, dolayısı ilə bizi də maraqlandıran məsələdir: “İkincisi də, Rusiyaya qarşı bayraq qaldırdığı üçün Ukraynanın dağıldığını, batdığını söyləyənlər var, göstərmək istəyirəm ki, onlar doğru demir və belə deyənlərə etibar etmək olmaz. Ukraynanın seçimi doğrudur və biz onları, eləcə də Gürcüstanı diqqətlə izləməliyik ki, gələcəkdə ehtiyac yarandıqda onların təcrübəsindən yararlanaq və səhvlərindən nəticə çıxaraq”.

İlahə