PUTİN VƏ Sİ-DƏN BİRGƏ BƏYANAT: “QƏRB SÜLHƏ HAZIR DEYİL”backend

PUTİN VƏ Sİ-DƏN BİRGƏ BƏYANAT: “QƏRB SÜLHƏ HAZIR DEYİL”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xi və Putin Moskvada birgə bəyanat imzalayıblar. Çinin sülh planının “Rusiyanın yanaşmasına uyğun” olduğunu deyən Putin, Qərb və Kiyevin “sülhə hazır olmadığını” müdafiə edib.
Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Çin sədri Si Cinpinin Rusiyaya səfəri zamanı iki ölkə liderləri Ukrayna böhranında münaqişələrin dayandırılmasına və problemin dialoq yolu ilə həllinə çağırıblar. Çin lideri Si ilə rusiyalı həmkarı Vladimir Putinin dünənki danışıqlarından sonra iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyanat yayılıb.
“Yeni dövrdə hərtərəfli strateji əməkdaşlıq koordinasiyasının dərinləşdirilməsi və Ukrayna böhranının dialoq yolu ilə həlli” başlıqlı bəyanatda tərəflər problemin həllinin ən yaxşı yolunun dialoq olduğunu vurğulayaraq, gərginliyi artıracaq, uzadacaq addımların atılacağı bildirilib. Münaqişənin və böhranın nəzarətdən çıxmasına səbəb olmasının qarşısını almaq lazımdır. Liderlər birgə bəyanatda ABŞ və Qərb ölkələrinin böhranla bağlı mövqeyini üstüörtülü şəkildə “Tərəflər başqa ölkələrin qanuni təhlükəsizlik maraqlarına zərər vurmaqla hər hansı ölkə və ya bir qrup dövlətin hərbi, siyasi və digər üstünlüklər əldə etməsinə qarşıdırlar”, – deyərək tənqid edib.
Bəyanatda qeyd olunub ki, Rusiya tərəfi tezliklə sülh danışıqlarına qayıtmağa sadiqliyini vurğulayaraq, Çinin Ukrayna böhranının siyasi və diplomatik həlli üçün konstruktiv rol oynamaq iradəsini və bu məsələ ilə bağlı təkliflərini yüksək qiymətləndirib.