PUTİN VƏ RƏİSİ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİ MÜZAKİRƏ ETDİLƏRbackend

PUTİN VƏ RƏİSİ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİ MÜZAKİRƏ ETDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi bazar ertəsi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, iki prezident İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

“Hər iki tərəf İran və Rusiya arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyi barədə razılığa gəliblər. Həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”.

Eyni zamanda, iki prezident telefon danışığı zamanı Suriyadakı vəziyyəti, nəqliyyat və enerji sahələrində əməkdaşlığı da müzakirə ediblər.