Putin Trampın elçisi ilə məzələndi: “Qartal zeytunları yeyib, qalan yalnız oxlardımı…?”

Putin Trampın elçisi ilə məzələndi: “Qartal zeytunları yeyib, qalan yalnız oxlardımı…?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Putin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla  görüşüb.
Rusiya prezidenti onunla söhbətdə alleqorik zarafat edib.
Vladimir Putin Birləşmiş Ştatların gerbi haqqında danışıb. “Bildiyimə görə,  ABŞ gerbində dəniz qartalı təsvir olunub, bir tərəfdən o, 13 oxları saxlayır, digər tərəfdən isə sülhsevər siyasətin əlaməti kimi zeytun budağı ilə, 13 zeytun. Sual: Sizin dəniz qartalı artıq bütün zeytunları yeyib – qalan yalnız oxlardırmı?” – Kanal RT dövlət başçısının sözlərini sitat gətirib.
Dövlət başçısı əlavə edib ki, Amerika prezidenti Donald Trampla birbaşa dialoqun davam etdirilməsi faydalı olardı . “İlk növbədə beynəlxalq tədbirlərin  keçirildiyi yerlərdə, məsələn  yaxın vaxtlarda, Parisdə”, – Putin Boltona deyib.
Bolton isə Rusiya prezidentinin zarafatına zarafatla da cavab verib:
“Mən özümlə zeytun budağı gətirməmişəm”.
P.S. Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun növbəti səfəri Bakıyadır.