“PUTİN TRAMPA BƏSLƏDİYİ ÜMİDİNİ DƏFN ETDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq addımlar atmağa başlayıb. 

Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq addımlar atmağa başlayıb.


TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görəRusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının bir hissəsindən ölkəni tərk etmək tələb olunub: 

“Rusiyadakı amerikalı diplomat və texniki personalın sayı azaldılaraq, ABŞ-dakı Rusiya diplomatları və texpersonalının sayı qədər olacaq – 455 nəfər. Bundan başqa, Moskvada ABŞ səfirliyinə məxsus bağ evi və anbarlar müsadirə ediləcək.

Yadınızdadırsa, 2016-cı ilin sonunda Moskvanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq, Obama tərəfindən ABŞ-dakı 35 Rusiya diplomatı ölkədən qovulmuş və Rusiyaya məxsus 2 diplomatik xidmət binasına həbs qoyulmuşdu. Lakin o zaman Putin yeni seçilmiş Donald Trampa jest olsun deyə bu addımlara cavab verməmişdi, çünki o, andiçmədən sonra münasibətlərin düzəlməyə başlayacağına əmin idi. Sanksiyalara dair Konqresin hər iki palatasında təsdiqlənən yeni qanun Rusiya rəhbərliyinin illüziyalarını birdəfəlik yox etdi”.

Politoloq deyir ki, bundan sonra ABŞ-Rusiya rəqabətinin daha kəskin hal alacağı şübhəsizdir: “Bu, bizim kimi ölkələr üçün həm yeni imkanlar açır, həm də müəyyən risklər ehtiva edir. Ağıllı və çevik siyasətlə bu durumdan ölkə mənafeləri naminə faydalanmaq mümkündür”.


İlahə