“Putin terrorun acığını Zelenskidən çıxacaq” – Politoloq

“Putin terrorun acığını Zelenskidən çıxacaq” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya teraktın əsl sifarişçiləri kimi Kiyevi görür. Hətta belə olmasa da, Putin rejimi terrorun acığını Zelenskidən çıxacaq. İndi gözlər Kremldədir, hamı fikirləşir ki, cavab nədən ibarət olacaq”. Bu fikirləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib. Onun sözlərinə görə, terror Rusiya xalqında xof yaratmaqla yanaşı, özünüqoruma instiktini gücləndirəcək.

Ekspertə görə, kütləvi yerlərə, qələbəlik olan ərazilərə, ticarət mərkəzlərinə gediş-gəliş azalacaq. Təhlilçi düşünür ki, Rusiya sübut axtarır, hadisədə birmənalı şəkildə Kiyev izi taparsa, o zaman cavab ağır olacaq: “Putin açıq surətdə Ukraynanı işarələdi. Terrorçuların bu ölkənin sərhədinə doğru qaçmasını deməklə eyham vurdu ki, Kiyevdən təlimat alıblar. Artıq hadisədən 4 gün keçir, Moskva isə baş sındırır ki, necə qisas alsın. Bu terakt haqda hələ də rəsmi versiya yoxdur. Yalnız onu görmək olar ki, Rusiya hər vəchlə 137 nəfərin terror edilməsini Ukraynanın üzərinə qoymağa çalışır. Moskvadakı terror aktının arxasında İŞİD-in Əfqanıstanda yerləşən “Vilayət Xorasan” adlı qolunun durduğunu bildirir. Yəni deyilir ki, onlar bunu öz üzərlərinə götürüblər. Səbəb kimi Rusiyanın Əfqanıstan, Çeçenistan və Suriyadakı müsəlmanların qanını axıtması göstərilir. Ancaq bu versiyanı Rusiya qəbul etməyəcək. Putinin xalqa müraciəti göstərdi ki, onlar bu hadisəni Ukraynaya calamaq niyyətindədirlər”.

Roman