PUTİN ŞƏT SAMMİTİNDƏ MESAJLAR VERDİ

PUTİN ŞƏT SAMMİTİNDƏ MESAJLAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı Hindistanın ev sahibliyi ilə başlayıb.

Tribunainfo.az xəbər verir ki, sammitdə bütün gözlər Vaqner böhranından sonra ilk dəfə zirvə toplantısına qatılan Rusiya prezidenti Vladimir Putinin açıqlamalarına yönəldi.

Hindistanın baş naziri Narendra Modi açılış nitqində qeyd edib ki, ŞƏT Avrasiya regionunda sülhün bərqərar olması və rifahın inkişafı üçün mühüm platformaya çevrilib.

Modi həmçinin İranın ŞƏT-ə üzv olmasını və Belarusun ŞƏT-ə üzv olmaq niyyəti haqqında memorandum imzalamasını alqışladığını açıqlayıb.

Sammitdə çıxış edən Rusiya lideri Putin Vaqner silahlı üsyanı zamanı Rusiyanın konstitusiya quruluşunun qorunmasına yönəlmiş hərəkətləri dəstəklədiklərinə görə təşkilat ölkələrinə təşəkkür edib.

Rusiya lideri Putin deyib: “Hazırda bizə qarşı əslində hibrid müharibə aparılır, Rusiyaya qarşı misli görünməmiş miqyasda qeyri-legitim sanksiyalar tətbiq olunur. Xüsusi vurğulamaq istərdim ki, Rusiya xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərir və müqavimət göstərəcək”.