Putin sənədlərini MSK-ya təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə “RİA Novosti” xəbər verir.

MSK-nın Rusiyanın fəaliyyətdə olan prezidentinin sənədlərini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Putin seçkilərə müstəqil namizəd kimi qatılır.  Dünən 600 nəfərdən ibarət  təşəbbüs qrupunun üzvləri yekdilliklə V. Putinin 2018-ci ilin martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.