Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanın rəhbərliyi altında Ermənistanın parlament seçkiləri və konstitusiya referendumu ilə bağlı “asan” olmayan mərhələni keçəcəyinə əmin olduğunu bəyan edib.

TİA.AZ bu barədə azvision.az-a istinadən xəbər verir.
“Biz bilirik ki, görüşümüz Ermənistanda ölkədaxili mühüm hadisələr – aprelin 2-ə planlaşdırılan parlament seçkiləri ərəfəsində keçirilir. Bütün bunlar konstitusiya islahatları ilə bağlıdır. Proses asan deyil, lakin mən əminəm ki, Ermənistan sizin rəhbərliyiniz altında bu inkişaf mərhələsini keçəcək. Biz sizə uğurlar arzulayarıq”, – deyə Putin vurğulayıb.
Öz növbəsində, Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya dəvətə görə Putinə təşəkkür edib və vurğulayıb ki, ölkələr arasında əməkdaşlıq durmadan inkişaf edir.