Rusiya Federasiyasının prezidenti Vladimir Putin Müqəddəs İsa kilsəsisini ziyarət edib.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Müqəddəs İsa kilsəsisini ziyarət edib.
TİA.AZ xəbər verir ki, Vladimir Putin kilsəyə qısamüddətli ziyarətində 4-cü əsrdə yaşamış Əziz Nikolasın (Santa Klaus) sümüklərini öpüb.
Əziz Nikolasın sümüklərinin bir hissəsi 1087-ci ildə İtaliyaya qaçırılmışdı. Həmin sümüklər ilk dəfə Rusiyanın paytaxtı Moskvada yerləşən Müqəddəs İsa kilsəsində nümayiş olunub.
Vladimir Putin rus pravoslav kilsəsinin patriarxının idarə etdiyi kilsədə güllə keçirməyən şüşə bir qutu içində saxlanılan qalıqları öpərək şam yandırıb.
12 iyul tarixinə qədər burada nümayiş olunacaq qalıqların daha sonra Sankt-Peterburqa, oradan da yenidən İtaliyaya göndəriləcəyi bildirilib.