“Rusiya hazırda Xarkov şəhərini ələ keçirməyi planlaşdırmır”.
Tribunainfo.az -ın TASS-a istinadən xəbərinə görə, bunu Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin bildirib.
O həmçinin ölkəsinin Silahlı Qüvvələri tərəfindən Xarkovda keçirilən hərbi əməliyyatı Rusiyanın müxtəlif regionlarının atəşə tutulmasına cavab olaraq sanitar zonalar yaratmaq üçün keçirildiyini əlavə edib.