Putin “rus ayısı” ifadəsinə belə REAKSİYA VERDİ

Putin “rus ayısı” ifadəsinə belə REAKSİYA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Çin və Hindistanla ittifaqda “rus ayısı”nın yeri ilə bağlı suala zarafatla cavab verib.

Tribunainfo.az xəbər verir ki, TASS-ın məlumatına görə, Şərq İqtisadi Forumunun plenar iclasında moderator Putinə Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə oturduğu yerdə bütün dünya mediasında yayılan fotonu xatırladıb. Foto simvolik olaraq “fil, əjdaha və ayı” sözləri ilə təsvir edilib.
“Bəs ümumiyyətlə ayı bu ittifaqda hansı yeri tutur?”, -deyə moderator prezidentdən soruşub.
Putin suala zarafatla belə cavab verib: “Ayı elə ayıdır”.
Putin onu da vurğulayıb ki, ayı Rusiyanın simvoludur, lakin dünyanın ən böyük pələngi Ussuri pələngidir, yəni o da ruslara məxsusdur.

“Ayı, əlbəttə ki, Rusiyanın simvoludur, lakin – biz Uzaq Şərqdəyik – dünyanın ən böyük pələngi, yeri gəlmişkən, Ussuri pələngidir, rus pələngidir”, – Putin deyib.

Putin bu kontekstdə əjdaha ilə filin qarşılıqlı təsirindən danışanın o deyil, Si Cinpin olduğuna diqqət çəkib. Çin lideri daha əvvəl Modinin başçılıq etdiyi Hindistan nümayəndə heyətinə müraciət edərək Çin və Hindistan arasındakı münasibətləri belə təsvir etmişdi.

Rusiyada təxminən 750 Amur pələngi (Ussuri pələngləri kimi də tanınır) yaşayır. Onlar beynəlxalq və Rusiyanın Qırmızı Kitablarına daxil edilib.