Rusiya lideri Putin 1000 km mənzilli Kinjal (Xəncər) raketləri ilə təchiz olunmuş MİQ-31 döyüş təyyarələrinin Aralıq dənizinin şərqindəki böhranla əlaqədar Qara dəniz üzərində döyüş növbətçiliyinə başlayacağını açıqlayıb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, İsraillə HƏMAS arasında müharibə vəziyyəti davam edərkən, ABŞ-ın Aralıq dənizinin şərqinə hərbi gəmilər göndərməsinə cavab verən Rusiya lideri Vladimir Putin səsdən sürətli “Kinjal” raketləri ilə təchiz edilmiş MİQ-31 döyüş təyyarələrinin daimi döyüş nəzarətində olacağını açıqlayıb.
Rusiyalı hərbi müşahidəçilər Putinin bu qərarını ABŞ-ın İsrail böhranının kölgəsində Livan və Suriyaya müdaxiləsindən narahat olduğu üçün qəbul etdiyini bildirirlər.