Putin quru qoşunlarına yeni baş komandan təyin etdi

Putin quru qoşunlarına yeni baş komandan təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

General-polkovnik Andrey Mordviçev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarına baş komandan təyin edilib.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Tribunainfo.az xəbər verir ki, Mordviçev 1976-cı ildə Pavlodarda anadan olub. O, Novosibirsk Birləşmiş Silahlı Qüvvələr Məktəbini, Birləşmiş Silahlı Qüvvələr Akademiyasını və Baş Qərargah Akademiyasını bitirib. Son illərdə Cənub və Mərkəzi hərbi dairələrdə rəhbər vəzifələrdə çalışıb, “Mərkəz” qrupuna komandanlıq edib.

Mordviçevin rəhbərliyi ilə Rusiya qoşunları Mariupolu ələ keçirib. Donetsk istiqamətindəki hücumlar zamanı isə Avdeyevka, Oçeretino, Selidovo, Ukrainsk və Kuraxovonun nəzarətə götürüldüyü qeyd olunur. Ukraynadakı “xüsusi əməliyyat” zonasındakı fəaliyyətinə görə Mordviçev “Rusiya Federasiyasının Qəhrəmanı” adına layiq görülüb.

Hərbi jurnalist Aleksandr Sladkov Telegram kanalında qeyd edib ki, Quru Qoşunların əvvəlki baş komandanı general Oleg Salyukov Təhlükəsizlik Şurasına təyin edilib. Sladkov Mordviçevin bu vəzifəyə gətirilməsini məntiqli və layiqli addım kimi dəyərləndirib və ehtimal edib ki, yaxın gələcəkdə onu daha yüksək bir vəzifə gözləyə bilər.

Rusiya Prezidenti Vladimir Putin general Oleg Salyukovun Təhlükəsizlik Şurası katibinin müavini təyin edilməsi ilə bağlı fərman imzalayıb və onu əvvəlki vəzifəsindən azad edib.

İmran Kərimli