Rusiya prezidenti Putin ölkəsindəki yəhudi icmasının liderləri ilə görüşüb. Girovların azad edilməsi üçün HƏMAS-ın siyasi qanadı ilə təmaslarını davam etdirdiklərini bildirən Putin bu prosesdə “müəyyən nəticələr əldə etdiklərini” bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, İsrailin HƏMAS-ın şərtlərini rədd etməsi və yeni hücum əmri verməsi ilə Qəzzada atəşkəs danışıqları əngəllənib. Proseslə bağlı Moskvadan açıqlama gəlib.
Rusiya xəbər agentliklərinin məlumatına görə, Putin Fələstinin Həmas təşkilatının siyasi qanadı ilə əlaqə saxladığını bildirib.
Həm Rusiya vətəndaşlarına, həm də digər girovlara kömək etməyi hədəflədiklərini ifadə edən Putin, “Onların arasında Holokostdan sağ çıxan yaşlılar və ailə üzvləri də var” dedi. Rusiya lideri əlavə edib ki, girovların azad edilməsi üçün səylərin davam etdirilməsinin həyati vacib olduğuna inanır və onlar bunu hazırda edirlər.
Dəniz Pənahova