PUTİN QƏRB ÜÇÜN İKİNCİ CƏBHƏNİ AÇDI – EKSPERT

PUTİN QƏRB ÜÇÜN İKİNCİ CƏBHƏNİ AÇDI – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-İsrail qarşıdurmasında maraqlı olan qüvvələrin sayı birdən çoxdur. Burada ən çox maraqlı olan qüvvə İrandır. İran bir başa həm HƏMAS-ı, həm də ona bağlı olan silahlı qruplaşmaları dəstəkləyir. Həmçinin İsrail-İran Yaxın Şərqdə iki dəhşətli rəqibdir. İrana İsrailin vurulması, başının öz probleminə qarışması sərf edir.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, İran İsrailin bombalanmasının davam etməsini, zəiflədilməsi arzusundadır:

“Yadınızdadırsa İsrail İranın nüvə abyektlərinə və bir neçə strateji obyektlərinə zərbələr endirmişdi. İndi İsrailin başı baş vermiş gərginliyə qarışdığı üçün bu İranın da əlini açır, imkanlarını genişləndirir. İran bunu fürsət bilib müəyyən tədbirlər də görəcək.
Hesab edirəm ki, bu məsələdə digər maraqlı qüvvə Rusiyadır. Xüsusilə Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir vaxtda Qərbin diqqətinin Yaxın Şərqə yönəlməsi Rusiyaya sərf edir. Yeni gərginlik Qərbin də ürəyincədir. Çünki Qərb də artıq Ukraynana dəstək olmaqda maraqlı deyil, yorulub. Gərginliyin böyüməsi ilə Qərbin İsrailə dəstəyi də arta bilər. Rusiya da bu fürsətdən istifadə edərək Ukraynaya daha çox təzyiqlər edəcək. Hesab edirəm ki, Qərb eyni anda iki ayrı bölgədə baş verən toqquşmalardan birini bitirmək üçün çalışacaq”.