Putin Priqojinin media imperiyasını sevgilisinə verdi – WSJ

Putin Priqojinin media imperiyasını sevgilisinə verdi – WSJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da nəşr olunan “Wall Street Journal” Kremlin “Vaqner”i və ona bağlı şirkətləri ələ keçirmək cəhdlərindən yazıb.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Wall Street Journal” Rusiyada silahlı üsyana cəhd edən “Vaqner”in Moskva tərəfindən tərkisilah edilməsini “tarixin ən mürəkkəb korporativ ələ keçirmələrindən biri” kimi qiymətləndirib.

Nəşr “Vaqner”in və onun bağlı olduğu “Konkord” şirkətinin hökumət tərəfindən ələ keçirilməsini 1858-ci ildə Britaniya imperiyasının müstəmləkə torpaqlarına nəzarət edən Şərqi Hindistan şirkətini ləğv etməsi ilə müqayisə edib. Rusiya “Konkord”un törəmə şirkətlərinin ofislərində keçirilən reydlər zamanı 48 milyon dollar dəyərində silahlar, saxta pasportlar, nağd pul və qızıl ələ keçirib. Bundan başqa, “Vaqner”i sıxışdırmaq üçün Kreml muzdlu qrupa və “Kondor”da aid yüzlərlə sosial media hesabını bloklayıb.
Rusiya kəşfiyyat xidməti “Vaqner”in Sankt-Peterburqdakı mərkəzi binasını ələ keçirərək, orda Yevgeni Priqojina qarşı dəlil axtarıb. Xəbərdə Rusiya hakimiyyətinin Priqojinə məxsus bir çox şirkət, həmçinin, “Patriot Media Group”un kompüter və serverlərini ələ keçirdiyi bildirilir. Bu şirkətin Putinin ən azı 3 uşağının anası olaraq bilinən gimnast Alina Kabaevaya verildiyi iddia edilib. Qeyd edək ki, “Patriot Media Group” 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxilə iddiaları ilə gündəmə gəlmişdi.
Həmçinin, Priqojinin sosial media platforması YaRUS və RİA FAN xəbər agentliyi fəaliyyətini dayandırdığını elan edib. Bundan başqa, dünyanın müxtəlif yerlərində, xüsusilə Afrika və Yaxın Şərqdəki muzdlu qruplaşmanın həmin ölkələrdə müstəqil fəaliyyət göstərməyəcəyi barədə məlumat verilib.
Priqojinin bir çox sənaye sahələrində fəaliyyət göstərən yüzlərlə şirkətə sahib olduğu və minlərlə işçisi olduğu təxmin edilir.
“Wall Street Journal” iddia edir ki, Priqojin silahlı üsyandan bir neçə həftə əvvəl şirkətin bəzi hissələrini işçilərin adına keçirib. “Vaqner”lə əlaqəli bu şirkətlərin qeyri-rəsmi sövdələşmələri və qaçaqmalçılıq əlaqələri Rusiya hökumətinin Priqojin imperiyasına nəzarəti ələ almasını çətinləşdirir.
Qəzetin araşdırması sübut edir ki, Priqojinin hərbi təhlükəsizlik, maliyyə, qida, media, mədənçıxarma və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin Rusiya rəhbərliyi tərəfindən ələ keçkirilməsi cəhdləri davam edir.