Vladimir Putinin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfnində iştirakı nəzərdə tutulmayıb.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Kremlin Priqojinin dəfni ilə bağlı konkret məlumata sahib olmadığını bildirib:
“Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”.
Xatırladaq ki, Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada Priqojin də daxil olmaqla 10 nəfər ölüb.