Rusiya prezidenti Vladimir Putin yeni prezident seçkilərində iştirak etmək qərarına gəlib.
Rusiya prezidenti Vladimir Putin yeni prezident seçkilərində iştirak etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə RBK federal məmura istinadla məlumat verir.
Kremlə yaxın mənbənin məlumatına əsasən, hazırda bu qərarın nə zaman və necə açıqlanacağı müzakirə olunur.
Dövlət başçısı namizədliyini yenidən irəli sürmək planını ya Federasiya Şurası prezident kompaniyasını müəyyən etməmişdən əvvəl, ya da sonra elan edə bilər. Federasiya Şurası kompaniya haqqında qərarı dekabrın 7-dən 17-ə kimi qəbul etməlidir.